“Nar+” xidmətinin şərtləri və qaydaları.


Məqsəd


Bu bildiriş abunəçiləri elektron formada göstəriləcək müvafiq xidmətlərin şərtləri barədə məlumatlandırmaq, habelə bu xidmətlərin göstərilməsi zamanı abunəçiyə aid şəxsi məlumatların üçüncü şəxslərə açıqlanmasının qarşısını almaq məqsədilə hazırlanmışdır. Aşağıdakıları nəzərdən keçirərək qeydiyyat prosesinə davam etdiyiniz halda Siz, “Azerfon” MMC (bundan sonra “Azerfon”) tərəfindən müəyyən olunan müvafiq qayda və şərtlərin qəbulunu təsdiq edirsiniz.


Məlumat təhlükəsizliyi


““Nar+” xidməti Azerfon-a məxsusdur və bu xidmətdən istifadə edən abunəçilərin məlumat təhlükəsizliyi Azerfon üçün böyük əhəmiyyət kəsb edir. Abunəçilərin qeydiyyata alınmış və gələcəkdə qeydiyyata alınacaq şəxsi məlumatları bir mobil operator kimi Azerfon tərəfindən ciddi qorunur və qorunmağa davam edəcəkdir. Bu baxımdan, məlumat təhlükəsizliyinizin təmin olunması üçün abunəçi tərəfindən şifrənin başqa şəxsə verilməsi yolverilməzdir. “Nar+” xidməti çərçivəsində şifrənin üçüncü şəxsə verilməsi və ya bunun başqa bir şəxs tərəfindən abunəçinin nömrəsindən istifadə zamanı əldə edilməsi halında, abunəçiyə aid məlumatların açıqlanmasına, habelə aparılan əməliyyatlara görə məsuliyyəti yalnız abunəçi özü daşıyır. Özünə xidmət kanalları vasitəsilə təqdim edilən xidmətlərlə əlaqədar abunəçi üçün aşağıdakı istifadə qayda və şərtlərilə tanış olmaq vacibdir.Aşağıdakı qayda və şərtlər Azerfon tərəfindən abunəçiyə “Nar+” xidməti vasitəsilə təqdim olunan xidmətlər üzrə tərəflərin hüquq və öhdəliklərini ehtiva edir.


Abunəçinin öhdəlikləri


Abunəçi bu qayda və şərtləri qəbul etməklə “Nar+” xidməti vasitəsilə əldə edəcəyi məlumatlara və həyata keçirəcəyi əməliyyatlara görə yalnız özü tək səlahiyyətli şəxs olduğunu, Azerfon tərəfindən təqdim olunan xidmətlər çərçivəsində aparılan hər hansı bir əməliyyatın yalnız şəxsən həyata keçirildiyini, xidmətdən istifadəyə görə məsul şəxs olduğunu, şifrə istifadəsilə həyata keçirilən əməliyyatlar üçün “tərəfimdən istifadə edilməyib” etirazından imtina etməsini, şifrəsinin başqa şəxs tərəfindən mənimsənməsi halında müvafiq araşdırmanın aparılmasına görə Azerfon öhdəlik daşımadığını, şifrənin üçüncü şəxs tərəfindən istifadəsi zamanı yaranan hər hansı ziyana görə şəxsən məsuliyyət daşıdığını, öz şifrəsinin gizli saxlanılması üçün lazımi tədbir görməyi və istənilən halda yuxarıda sadalanan hallarla bağlı Azerfon-nun hər hansı məsuliyyət daşımadığını təsdiq edir.Şifrə olaraq “Nar+” xidmətinə qeydiyyat zamanı təqdim olunan kod və ümumi hallarda xidmətlərdən istifadə zamanı təqdim və ya tələb olunan məlumatlar nəzərdə tutulur.


Şərtlər


1.Azerfon, özünə xidmət kanalı vasitəsilə təqdim olunan xidmətlərin davamlı olacağına zəmanət vermir, xidmətlərin şərtlərində sonradan dəyişiklik etmək, habelə xidmətləri dayandırmaq hüququnu özündə saxlayır.

2.Azerfon bu qayda və şərtlərin pozulması halında, xidmətlərdən bilərəkdən yanlış və ya sui-istifadə edildikdə, habelə istifadəçi tərəfindən təhlükəsizlik tədbirlərinin pozulması zamanı abunəçiyə əvvəlcədən xəbərdarlıq etmədən onun şifrəsini ləğv edə və müvafiq xidmətlərin göstərilməsini dayandıra bilər.

3.Abunəçiyə bu xidmətlərin göstərilməsi zamanı müvafiq şifrənin bilərəkdən və ya kobud ehtiyatsızlıqdan üçüncü şəxsə verilməsi nəticəsində abunəçinin şəxsi anket və s. məlumatlarının açıqlanmasına görə, Azerfon məsuliyyət daşımır və buna görə cavabdehlik tam olaraq abunəçinin öz üzərində qalır.

4.Abunəçi, “Nar+” xidməti vasitəsilə ona aid məlumatlarının üçüncü şəxslərə açıqlanmasına görə Azerfon şirkətinin məsuliyyət daşımadığını qəbul edir.

5.Abunəçi, öz şifrəsinin üçüncü şəxs tərəfindən istifadəsindən şübhələndiyi halda, o, Azerfon-a bu xidmətlərin göstərilməsinin dayandırılması barədə müraciət edə bilər.

6.Azerfon-dan asılı olmayan hər hansı texnoloji problem səbəbindən “Nar+” xidmətinin göstərilməməsinə görə Azerfon məsuliyyət daşmır.

7.Azerfon gələcəkdə birtərəfli qaydada bu qayda və şərtlərdə dəyişiklik etmək, habelə “Nar+” xidmətini ləğv etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

8.Azerfon-nun lazımi informasiya təhlükəsizliyi tədbirləri görmədiyi halda abunəçilərə aid məlumatların üçüncü şəxslərə ötürülməsinə görə Azerfon məsuliyyət daşıyır.

 

 

Qəbul edirəm  Şərtlər və qaydalar